Ağdamda FACİƏ: Qayınana kürəkəninin yas mərasimində ÖLDÜ - RTV

Ağdam rayonunda baş verən bədbəxt hadisə iki nəfərin ölümü ilə nəticələnib.

Məlumata görə, İlkin Babayev iki gün əvvəl tikinti sahəsində işləyərkən faciəvi şəkildə həyatını itirib. O, beton tökmə işləri zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan İlkin Babayevin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, dünən onun dəfn mərasimi keçirilərkən mərhumun qayınanası Nüşabə Cəfərovanın halı pisləşib. Stress səbəbindən vəziyyəti ağırlaşan qadın Ağdam Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı RTV məlumat yayıb.