TikToker İlğızə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən Arzum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il 2 ay azadlıqdan məhrum edilib.
TikToker məhkəmə zalında həbs edilib.
Qəzada dünyasını dəyişən Amal Məlikovun bacısı sosial mediada bununla bağlı paylaşım edib. O bildirib ki, Arzumla heç bir barışıqdan söhbət gedə bilməz.
Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəsilə əlaqə saxlamaq, evimzə gəlmək, "barışıq" istəmək və yandarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görüb. O qeyd edib ki, heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin! Qəzadan sonra merhuma və ailəmizə qarşı olan təhqirlərdən sonra bu artıq mümkün deyil.
Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində cəza müddətinin artırılması ilə bağlı şikayət veriləcək. Hüquqi mübarizəmiz sona dək davam edəcək.