Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı - RTV

Bakının Nəsimi rayonunda 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən obyektlərdən birində baş verib.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərinin metal qəbulu məntəqəsinə satıldığı müəyyən olunub.

Faktla bağlı əlavə araşdırmalar davam etdirilir.