At ətini Bakıya gətirib mal əti kimi satmaq istədilər - RTV

Tərtərdə polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə tədbir keçirib. Tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

Tural Cəfərova məxsus yarım tikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.

Saxlanılan şəxslər yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırmalar davam etdirilir.