Tovuz rayonunda, Məhəmməd Zeynalov küçəsində yerləşən üç mərtəbəli yataqxananın üçüncü mərtəbəsində yaşayan bir ailənin acınacaqlı vəziyyəti ortaya çıxıb. Qonşuların sözlərinə görə, ailə başçısı Səbuhi Ələsgərov spirtli içki aludəçisidir və bu səbəbdən ailə üzvlərinə qarşı zorakılıq edir. Ana uşaqlarını döyərək diləndirir, onların təhlükəsizliyini təhdid edir.
Ailənin səfalət içində yaşadığı, evdə yeməklərinin olmadığı bildirilir. Ana uşaqlarını küçəyə qovur, pul gətirmədikləri təqdirdə yemək vermədiyini söyləyir. Uşaqlar isə dilənçiliklə məşğul olmaq məcburiyyətində qalırlar. Qonşular bu vəziyyətdən narahat olaraq Tovuz rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyəti əməkdaşları ailənin yaşadığı ünvana baxış keçirərək vəziyyətin ciddiliyini anlayıblar.
Baxış zamanı məlum olub ki, 7, 6 və 2 yaşlı uşaqlar hər cür təhlükə ilə üz-üzədirlər. Uşaqlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və tibbi müayinələri aparılıb. Hər bir uşağın vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı araşdırmalar davam edir.