Bakıda 10 yaşlı məktəbli qəfil vəfat edib. İTV Qafqaz infoya istinadən verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 10 yaşlı Ecan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.
Bildirilir ki, 211 saylı orta məktəbin dördüncü sinif şagirdi olan Ecan son günlər qripə yoluxub. Faktla bağlı araşdırma aparılır.