Bakıda 37 yaşlı kişi yanaraq ölüb. Hadisə Xəzər rayonu Binə qəsəbəsi Acçılıq yaşayış massivində baş verib. 1989-cu il təvəllüdlü Əfsun Camaloğlu Xanlarov tək yaşadığı evdə ehtiyatsızlıqdan yanaraq ölüb. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.