Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib. RTV Qafqaz info-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən Media Hall Hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, o, fevralın 13-də vəfat edib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.