Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinə 112 qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciət daxil olub.
Müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən qeyd olunan ünvanda müvafiq əməliyyat keçirilib.
Nazirlikdən bildirilib ki, keçirilən tədbirlərin nəticəsində iki nəfərə köməklik göstərilib. Bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.