Bakının Binəqədi rayonunda avtomobil qaçırılması hadisəsi baş verib. Zərərçəkən şəxs polisə müraciət edərək, yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi "Hyundai" markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan İsmayılov, yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini sürərək qurutmaq bəhanəsi ilə qaçırıb.
Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb. Faktla bağlı araşdırma aparılır.