Bakıda bir qadın sevgilisinə məxsus avtomobili qaçıraraq qəza törədib. Hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.
Abşeron Rayon Polis İdarəsinə bir nəfərə məxsus "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Nəsibova soyadlı qadın müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs sevgilisinə məxsus qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törədib.
RTV-nin məlumatına görə, faktla bağlı araşdırmalar davam etdirilir.