Bakıda Azadə Abdunova adlı qadın sirkə turşusundan zəhərlənərək həyatını itirib. Hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Azadə Abdunova aprelin 2-də yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib və dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, qadın aprelin 17-də tibb müəssisəsində vəfat edib.
Faktla bağlı hazırda araşdırma aparılır.