Bakıda özünü "Azəriqaz" işçisi kimi təqdim edərək insanları aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb. 49 yaşlı Sabirabad rayon sakini Rüstəm Nəzərovun "Azəriqaz" əməkdaşı olduğunu və Abşeron rayonunun Məmmədli qəsəbəsində yeni tikilən evlərə qaz sayğacları quraşdıracağını deyərək vətəndaşlardan pul aldığı müəyyən edilib.
Zərərçəkənlər Rüstəm Nəzərova ümumilikdə 6400 manat pul veriblər. Rüstəm Nəzərov isə həmin evlərə sayğac quraşdırmağa adam tapa bilmədiyi üçün pulları şəxsi ehtiyaclarına xərcləyib. Zərərçəkənlərin şikayəti əsasında Nəzərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Sabunçu rayon məhkəməsinin qərarı ilə Rüstəm Nəzərov barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.