Bakının mərkəzində güclü YANĞIN - RTV

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində iki mərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.