Bakının mərkəzində yol çökdü, təhlükəli vəziyyət yarandı - RTV

İntensiv yağışlar Bakıda daha bir yolda avtomobillərin hərəkətini çətinləşdirib. Sel suları Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində, Dövlət Yanğına Mühafizə Xidmətinin Nərimanov şöbəsinin qarşısında asfalt örtüyünün çökməsinə səbəb olub.

Hadisə nəticəsində yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb və avtomobillərin hərəkəti çətinləşib.