Boğazında qida qalan 2 yaşlı uşaq öldü - RTV

Bakıda iki yaşlı körpə boğazında qida qalması nəticəsində dünyasını dəyişib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü, iki yaşlı Bünyamin Əliyev boğazında qida qalması səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.