Aprelin 14-ü olmasına baxmayaraq, Qubanın ucqar kəndlərinə güclü qar yağıb. Buduq kəndi ilə yanaşı, Xınalıq, Haput, Zeyid, Qalahudat, Əlik, Cek və digər dağ kəndləri də qarlı örtüklə örtülüb. Qar əsasən Buduq və Xınalıq kəndlərində daha intensiv olub.
Quba-Susay-Xınalıq yolunda qar o qədər çox yağıb ki, yollar bağlanıb. Qrız kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Kənd sakinləri artıq bir neçə gündür ki, rayona nə gedə, nə də geri qayıda bilirlər.
Quba-Susay-Xınalıq yolunun bəzi hissələrində qarın hündürlüyü 4 metrə qədər yüksəlib. Artıq üç gündür ki, yolların təmizlənməsi istiqamətində işlər aparılır. Qrız kəndi ilə yanaşı, Bostankeş və Xınalıq kəndlərinə gedən yolların açılması üçün tədbirlər görülür.
Bostankeş və Xınalıq kəndlərinə alternativ yollar açıq olsa da, Qrız kəndinə gedən əsas yol hələ də bağlı qalır. Digər dağ kəndlərinə isə alternativ yollar vasitəsilə gediş-gəliş mümkündür.
Məsələ ilə bağlı onu da qeyd edək ki, Qubanın Qrız kəndi ilə əlaqə hələ də kəsilib. Digər dağ kəndlərinə isə alternativ yollar vasitəsilə gediş-gəliş mümkündür.
Emin Kərimov və Xanım Cavanşirqızı RTV üçün məlumat veriblər.