Mayonez qatılmış qidalardan doymaq və əl çəkmək çətinləşir, çünki bu sous asanlıqla asılılıq yarada bilir.
Dietoloq Marqarita Korolyevanın sözlərinə görə, bu asılılıq məşhur sousdakı konservantların və yağın bədənə təsiri nəticəsində baş verir. Yağ, duz və ya şəkər tərkibli qidalar beynin opioid sisteminə təsir göstərir və müntəzəm istifadə ilə asılılığa səbəb olur.
Dietoloq əlavə edib ki, həddindən artıq mayonez mayenin tutulmasına, allergik reaksiyalara və çəki artımına səbəb ola bilər.
Mütəxəssis bu sousu mülayim şəkildə istifadə etməyi və mağazadan alınan mayonezdən çəkinərək təbii inqrediyentlərlə özünün hazırlanmasının daha yaxşı olduğunu bildirib.