Dənizkənarı Milli Parkda gülləri yararsız hala salan şəxslərdən bəzilərinin kimliyi açıqlanıb. Bildirilib ki, bir sıra bloqerlər həmin gülləri əzərək foto və videolar çəkdiriblər. Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və trendə çeviriblər. Həmin bloqerlərin rəsmi və sosial mediada tanındıqları adları təqdim edilib.
Müəyyən edilən şəxslər arasında Selcan Vəlizadə, Lala Babayeva, Nərmin Musayeva, Həmayıl Ələsgərova və adı bilinməyən iki nəfər var. Qeyd edilib ki, sözügedən şəxslər Dənizkənarı Milli Park ərazisində güllərdən ibarət olan sahədə çəkdirdikləri foto və videoları daha sonra şəxsi hesablarından siliblər.
Həmin əməlləri törədən ona yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.