Naxçıvan Muxtar Respublikasında keçmiş məmurun kommunal xərcləri ödəməməsi səbəbindən komendantla davam düşüb. Hadisə Naxçıvanda qeydə alınıb.
RTV Qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmədiyi üçün komendantla dalaşıb. Binanın komendantı da həmin qadımla mübahisə edib.
Məlumata görə, komendantın şikayəti əsasında polis idarəsinə çağırılan sabiq məmurun inzibati xətalar məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokolu tərtib edilib.
Keçmiş məmurun adı və vəzifəsi barədə əlavə məlumat verilmir, lakin onun sabiq deputatın əməkdar jurnalist, əməkdar sənət xadimi Arif Quliyevin qızı olduğu bildirilir.