Əlillik arayışı ilə bağlı yenilik - RTV

Əlillik arayışının verilmə qaydası dəyişdirilir. Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi elektron hökumət informasiya sisteminə inteqrasiya ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyuna qədər bu inteqrasiyanı təmin etməlidir. Nazirlik, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə mövcud iş axınının təqdim edilməsini, myGov platformasında istifadəyə verilməsini, həmçinin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılmasını təmin edəcək.