Elnar Quliyeva həbs olundu - DƏHŞƏTLİ ƏMƏL

Sosial şəbəkələrdə "Eynur" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Elnar Quliyeva saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 144-cü maddəsi, yəni insan alveri maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə Elnar Quliyevanın barəsində həbs qəti imkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.