Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı - RTV

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapılıb. Meyit onun yaşadığı evdə aşkar olunub.

2009-cu ildə təvəllüd olunan Çərkəzli soyadlı yeniyetmənin meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.