Gəncədə tələbə qızlar zəhərləndi - RTV

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Fatimə Həsənova, İlahə Mollayeva və 2005-ci il təvəllüdlü Nurcət Musayeva zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdiriliblər.

Həkim bildirib:

"Gecə saatlarında üç qadın şəxs təcili yardım avtomobili xəstəxanaya gətirilmişdir. Xəstəxanada müayinə zamanı dəm qazı zəhərlənməsi aşkarlanmışdır. Xəstələr müayinə olundu, ilkin yardım olundu və ambulator müalicəsi üçün evə buraxıldı."

Məlumata görə hər üç şəxs Zaqatala rayon sakinləridir. Onların tələbə olduqları bildirilir. Onlar kirayə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.