Goranboy rayonunda bədbəxt hadisə baş verib. Rayonun Todan kəndində 2013-cü il təvəllüdlü yeniyetmə elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.
Yeniyetmə əvvəlcə valideynləri tərəfindən Göygöl rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona başından çoxsaylı açıq yarası və bədənin müxtəlif travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olması səbəbindən yeniyetmə Bakı şəhərinə aparılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə yeniyetmənin yaşadığı evdə naqillərlə oynayarkən ehtiyatsızlıqdan baş verib. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.