Şəmkir rayonunda ağır yol qəzası baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.