Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində prospektin hər iki istiqamətində hərəkət məhdudlaşıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.