Azərbaycanın mərhum xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. RTv Manşet-ə istinadən verilən məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənovaya Xətai rayon məhkəməsinin qərarı ilə üç ay 17 gün müddətinə həbs qəti imkan tədbiri seçilib. O, cinayət məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.