İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı - RTV

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbsdən buraxılıb. Nigar Həsənova dələduzluq ittihamı ilə 10 gün əvvəl həbs edilmişdi.

Bakı Apelyasiya Məhkəməsi Nigar Həsənovanın sərbəst buraxılması barədə qərar verib.

Nigar Həsənovanın vəkili İlqar Rüstəmovun açıqlamasına əsasən, həbs qərarından verilən apelyasiya şikayəti təmin edilib. Hakim Faiq Qəniyev Xətai rayon məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalından azadlığa buraxılıb.

İlqar Rüstəmov əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır. Onun sözlərinə görə, ortada böyük cinayət yoxdur. Vəkil bildirib ki, hakim də qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.

Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, zərərçəkmişlərə məxsus çoxu qızıl zinət əşyaları olmaqla 810337 manat ziyan dəyib.