İyulun 4-ü üçün proqnozlaşdırılan hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti olacaq.
Nisbi rütubət gecə 75-80%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayıri-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Dağlarda gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacaq.