Raket zərbəsi zamanı ölən Fatimə Hüseynova son mənzilə yola salındı - RTV

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn edilib.

Ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında atəşfəşanlıqla Qəbələ rayonunun Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.

Kənddə mərhumla vida mərasimi keçirilib, cənazə namazı qılınıb.

Daha sonra Fatimə Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 23 yaşlı azərbaycanlı vətəndaşı Fatimə Hüseynova iyunun 29-da Rusiyanın Hərbi Hava Qüvvələrinin Ukraynanın Xarkov şəhərinə endirdiyi aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.