Keçmiş məhbus 25 min manatlıq oğurluq etdi - RTV

Şəmkir və Tovuz rayonlarında evlərdən 25 min manat dəyərində oğurluq edən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə cinayətlərin üstü açılıb. Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə dörd, Tovuzda isə iki evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl zinət əşyaları oğurlanıb.

Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov saxlanılıb. Araşdırmalar davam etdirilir.