Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib. Hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub. Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, Ömər Məhərrəmli 15-ci mərtəbədən yıxılaraq hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı eyvanda olan digər şəxs də xəsarət alıb.
Hadisə yerinə təcili yardım və Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidməti (PPX) əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.