Kürdəmir susuz qaldı - RTV

Kürdəmir rayonunda magistral su boru xətti partlayıb. Hadisə nəticəsində 8400 abonent, ümumilikdə isə 21000 sakin susuz qalıb.

Məlumata görə, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 30-cu kilometrliyində, rayonun Qaraqocaqlı kəndi ərazisində qeydə alınıb. Partlayış diametri 500 millimetr olan borunun zədələnməsi səbəbindən baş verib. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Rayon sakini Şahin İsmayılov