Lənkəranda ağır qəza, ölən və yaralılar var - RTV

Lənkəranda eyni ərazidə iki ağır yol qəzası baş verib. Hadisələr nəticəsində ölən və yaralanan şəxslər var.

İlk hadisə Ələt-Astara magistralının 213-cü kilometrliyində, rayonun Bürcalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Buna baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, sözügedən ərazidə daha bir yol qəzası baş verib. Belə ki, hərəkətdə olan VAZ 2107 markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.