Lənkəranda üçəm doğuldu - RTV

Lənkəranda ana üçəm dünyaya gətirib. Lənkəran rayon mərkəzi xəstəxanasının nəzdində fəaliyyət göstərən Lənkəran regional perinatal mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın 9 fevral 2026-cı il tarixində tibb müəssisəsinin doğum şöbəsinə yerləşdirilib. Pasientin üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2 kq, 2 kq 100 qram və 2 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır. Ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Həkim neonatoloqun nəzarəti altında yeni doğulmuşlar bu gün evə buraxılıb. Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib. Cütlük 2017-ci ildə ailə həyatı qurub.