Fevralın 24-də Leyla Əliyeva Quba rayonunda şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.
Leyla Əliyeva "bizim mətbəx" layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında iştirak edib. Ramazan ayının dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.
Sakinlər təşkil olunan iftar süfrəsinə görə minnətdarlıqlarını bildiriblər.