"Maşında vurub, sonra meyitin sürüyüb" - Dəhşətli qətlin təfərrüatı - RTV

Fevral ayının 21-i gecə saatlarında Bakı şəhəri Şüvalan qəsəbəsində qətl hadisəsi baş verib. 1973-cü il təvəllüdlü İlqar Məmmədov 1982-ci il təvəllüdlü İqır İmranoviç tərəfindən qətlə yetirilib.

Hadisə şahidi bildirib:

"Hadisə burda baş verib, bu maşında olub. Buranın ancaq başqa şey ancaq mehribançılıq və yaxşı münasibətləri yaxşı idi. Dost idi."

Şahid qeyd edib ki, mərhum və qatil bir yerdə yaşayıblar:

"Bir yev adamları idi. Bir yev adamları idi. Bir yerdə qalmışdı da, o ikisi də bir yerdə qalıb. Beş-altı ay qalıb orda."

Şahidin sözlərinə görə, gecə saatlarında onların arasında mübahisə yaranıb:

"Gecə saatı bir az yəni bir kişi idi də, nə bilim yası belə. Gördük ha orda onların sporu oldu, olub. Ha. Mən bax qulaq asırdım da belə. Gördük o sən çıx maşında elə spor ha. Nəsə oğlan da ki, vurublar. Apardılar ora kimi. Orda."

Şahid əlavə edib ki, qətlə yetirilən şəxslə qatil arasında yaxşı münasibətlər olub:

"Çox yaxşı insanlar idi. Birdən-birə hadisədir də. Heç bilinməyən hadisə, heç görünməyən hadisədir. Yəni biz də eşitdik şoka düşdük. Yəni heç kim bilməyib ki, o hansı işə qulluq eləyir də. Yəni bir yerdə yatıb, bir yerdə duran adamlar olublar onlar. Yəni heç kim də bilmir ki, bu nədən baş verdi, niyə belə oldu."

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqır İmranoviç iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.