Bakı şəhəri Binəqədi rayonu Əlişir Nəvai küçəsi ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən restoranda yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Yuxa" restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyekti nümayəndəsinə təqdim edilib.