"Namus məsələsi idisə..." - Öldürülən şəhid xanımının atası danışdı - RTV

İyunun 1-də paytaxtda, Ramana qəsəbəsində 31 yaşlı Gülnar Məmmədovanın qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub.

RTV xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını "Dialoq TV"yə danışıb.

Məmmədovanın atası Tağıd Şükürov bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Qələvi qəsəbəsinə qayıdıb. O, qızının qaynanası ilə dalaşdığını və bu səbəbdən bank kartlarının əlindən alınaraq evdən qovulduğunu deyib.

Atası bildirib ki, öldürüləndən sonra da qızının pul qabından bank kartlarını götürüb, lakin bundan xəbər ala bilməyib. Anası isə Bakıda yaşayan oğluna zəng edib ki, bacısının uşaqlarını görməyə getsə də, xəbər olmayıb. Sonra isə qızının zəngləri polislər tərəfindən cavablandırılıb.

Tağıd Şükürov qızının qətlə yetirilməsindən sonra kartını niyə götürdüyü barədə suala cavab verərkən bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış. Qızının qaynanasının işsiz qaldığından sonra söz-söhbətlər başlayıb. Qaynanası da giləylənirdi ki, "hara getsə pul gəlində olur". Həmin vaxt qızının bank kartını ona verib ki, götürün, sizdən də qalsın.

Qeyd edək ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb.