Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanılıb.
Müayinə nəticəsində bu sürücülərin marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində inzibati protokol tərtib edilib.
Bundan əlavə, eyni tədbir çərçivəsində spirtli içki içərək avtomobil idarə edən daha yeddi sürücü də saxlanılıb. Onlar da inzibati məsuliyyətə cəlb olunublar.