Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib. Hadisə şəhər ərazisində baş verib. Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Oruc Məsimov və onun beş övladı dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Oruc Məsimov dünyasını dəyişib. Övladları isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırmalara başlanılıb.