Nazir direktoru işdən çıxardı - RTV

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Səhiyyə Naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institutu baş həkim Xuraman Bağırova idarə edir.