Gecə 3-də meyiti tapıldı - RTV

Bakıda 32 yaşlı bir şəxs müəmmalı şəraitdə ölü tapılıb.

Hadisə bu gün saat 03:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü şəxsin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.