Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava iyulun 9-u gündüzədək davam edəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə doluya düşəcəyi, yağışın intensiv olacağı ehtimal olunur. Şimal və qərb rayonlarında isə güclü yağış yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli sel keçəcəyi ehtimal olunur.