Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - RTV

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramizoğlu Osmanovun axtarışları davam etdirilir.

Hadisə barədə əlavə məlumat veriləcək.