Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Novxanı qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı Etibar Qurbanov adlı 45 yaşlı şəxs saxlanılıb. Onun yaşadığı ünvanda və həyat yoldaşının əmlakının qeydiyyatda olduğu ərazidə yerin altında gizli bunker aşkar edilib.
Bunkerdə narkotiklərin becərilməsi üçün xüsusi şərait yaradıldığı, o cümlədən havalandırma, işıqlandırma və istilik sistemlərinin quraşdırıldığı müəyyən edilib. Həmin yerdə 11 kiloqramdan çox çətənə bitkisi və 2 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Etibar Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.