Oğuzda baş verən qəzada avtomobil hissələrə ayrılıb. Xəsarət alanlar var. Hadisə gecə saatlarında Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Vaz 2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.