Park-Bulvar ərazisində DAVA: Həbs edilənlər var - RTV

Astara şəhərinin park bulvar ərazisində abadlıq işləri aparan işçilər həbs edilib. RTV Qaynar İnfoya istinadən xəbər verir ki, saxlanılan şəxslər "Dost" məhdud məsuliyyətli cəmiyyətində fəhlə kimi çalışan şəxslərdir.

1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri park bulvar ərazisində abadlıq işləri apararkən aralarında iş bölgüsü ilə bağlı mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Onlar həmin ərazidə bir-birlərinə qarşı nalayiq ifadələr işlədiblər.

Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 531.1-ci maddələri üzrə protokol tərtib edilib və iş məhkəmədə baxılıb. Məhkəmənin qərarı ilə fəhlələrdən biri 15, digəri isə beş sutka müddətinə inzibati qaydada həbs olunub.