Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı - RTV

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. RTV Qafqaz infonun xəbərinə görə, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib və həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin mövqeyi öyrənilib. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etməyə məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq mühafizə orqanlarına müraciət edib.